Keçmiş jurnalist və kəşfiyyatçı Dövlət Departamentinin yeni sözçüsü oldu
“Fox News” telekanalının keçmiş əməkdaşı Morqan Ortaqus ABŞ Dövlət Departamentinin yeni rəsmi nümayəndəsi təyin olunub.
1news.az xəbər verir ki, bu barədə Twitter-də dövlət katibi Mayk Pompeo yazıb.
Pompeo Ortaqusun təyinatından sevincini ifadə edərək, yeni nümayəndənin təcrübəsinin və analitik kəşfiyyat qabiliyyətinin ona işində kömək edəcəyini vurğulayıb.
"O, ABŞ xarici siyasətini əlaqələndirmək və müdafiə etmək üçün mübarizə aparacaq. Komandamıza xoş gəlmisiniz, Morqan”, - deyə Pompeo yazıb.
Daha əvvəl bildirilib ki, Hizer Nauert Dövlət Departamentinin nümayəndəsi postundan istefa verib. Dövlət Departamentində işləyənə qədər o da “Fox News” un jurnalisti olub.
P.S.
498