Floridada beş metr uzunluğunda piton tutulub | 1news.az | Xəbərlər
Dünya

Floridada beş metr uzunluğunda piton tutulub

17:20 - 08 / 04 / 2019
Floridada beş metr uzunluğunda piton tutulub

ABŞ-ın Florida ştatının “Big Cуpress National Preserve” qoruğunun nümayəndələri qoruq sahəsində nəhəng dişi Birma pitonu tutublar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, çəkisi 63,5 kiloqrama bərabər olan heyvanın uzunluğu 5,1 metrdir ki, bu da ABŞ-da indiyədək aşkar edilən rekord uzunluqda pitondur. Tədqiqatçılar, həmçinin pitonun daxilində inkişaf edən 73 yumurta olduğunu aşkarlayıblar.

“Big Cуpress National Preserve” Mayamidən təqribən 80,5 kilometr qərbdə, Floridanın cənub hissəsində yerləşən qoruqdur. Florida ştatının hakimiyyət orqanları artıq neçə illərdir ki, pitonların invaziv populyasiyasının sayına nəzarət etməyə cəhd göstərirlər. Belə ki, onların sayının artması yerli əhali və bütövlükdə, ekosistem üçün ciddi təhlükənin olduğunu nümayiş etdirir. Onlar bu ilanların axtarılması və tutulması üçün yeni yanaşma tətbiq etmək qərarına gəliblər.

Belə ki, tutulan erkək pitonların üzərinə radioötürücü quraşdırılıb, daha sonra qoruğa buraxıblar. Alimlər bu üsulla onları yumurta qoyacaq dişi pitonların yanına gətirə bilən erkəkləri izləyiblər. İndi tutulan dişi piton da bu yolla aşkar edilib. Tutulan dişi pitonu qoruğun ərazisindən uzaqlaşdırıblar, onun gələcək taleyi barədə məlumat verilmir.

Birma pitonu mənşəcə Cənub-Şərqi Asiyanın cəngəlliklərindəndir. Bu növ Cənubi Floridada evdə saxlanılan pitonların vəhşi təbiətə bilərəkdən buraxılması nəticəsində əmələ gəlib. Alimlər hesab edirlər ki, ilanlar Cənub-Şərqi Asiyadan həvəskarlar tərəfindən gətirilib və böyüyənədək ev heyvanı kimi saxlanılıb. Baxmayaraq ki, tutulan ilanın uzunluğu 5,1 metrdir, Floridada bundan da iri pitonların olması istisna deyil. Onların uzunluğu 7 metr, çəkisi isə 90 kiloqrama yaxın ola bilər.

1news.az

Paylaş:
539

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər