Tonoyandan geriyə addım: sülhdən danışdı | 1news.az | Xəbərlər
Ermənistan

Tonoyandan geriyə addım: sülhdən danışdı

11:37 - 08 / 04 / 2019
Tonoyandan geriyə addım: sülhdən danışdı

Son vaxtlar Azərbaycana qarşı hərbi bəyanatlarla çıxış edən Ermənistanın müdafiə naziri David Tonoyan indi sülhdən danışır.

1news.az erməni mərbuatına istinadla xəbər verir ki, Tonoyan “Erablur” hərbi panteonunda jurnalistlərə verdiyi müsahibəsində, "Biz müharibə istəmirik, Azərbaycanın hərbi-siyasi rəhbərliyi öz ordusunu sülhə hazırlamalıdır” bəyanatını verib.

Xatırladaq ki, bu yaxınlarda Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüş zamanı David Tonoyan bildirmişdir ki, "sülh üçün ərazi" "yeni müharibə - yeni ərazilər" tezisə çevriləcəkdir.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə öz müsahibəsində "Əgər onlar hücuma keçsələr, bu, mənə onlarla (Tonoyanla) İrəvanda görüşmək imkanı verəcək", deyib.

P.Sultanova

 

 

 

Paylaş:
510

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər