Paşinyan AŞPA-nın yaz sessiyasında çıxış edəcək | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan AŞPA-nın yaz sessiyasında çıxış edəcək

10:53 - 09 / 04 / 2019
Paşinyan AŞPA-nın yaz sessiyasında çıxış edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan 10-11 aprel tarixlərində Strasburqa işgüzar səfər edəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan AŞPA-nın yaz sessiyasının plenar iclasında çıxış edib, deputatların suallarını cavablandıracaq.

Ermənistanın baş naziri Avropa Şurasının baş katibi Turbern Yaqland, AŞPA sədri Lilian Mari Paske, Venesiya Komissiyasının rəhbəri Canni Bukikkio və erməni icması ilə görüşəcək.

Bundan başqa, Avropa Şurasının qərargahında "Ermənistanın məxməri inqilabı" foto sərgisi açılacaq.

P.Sultanova

Paylaş:
798

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər