Paşinyanın davranışı hakimiyyətin gücünün deyil, zəifliyinin əlamətidir | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın davranışı hakimiyyətin gücünün deyil, zəifliyinin əlamətidir

13:24 - 11 / 04 / 2019
Paşinyanın davranışı hakimiyyətin gücünün deyil, zəifliyinin əlamətidir

Noraqavit gömrük postunda Nikol Paşinyanın iştirakı ilə baş verən utancverici hadisə Ermənistanda ən çox müzakirə olunan mövzuya çevrilib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Nikol Paşinyan tərəfindən gömrük məmurunu alçaldılması, insan ləyaqətinə qarşı qeyri-etik hərəkəti Ermənistanda müxtəlif qiymətləndirmə və tənqidlərə məruz qalıb. Erməni mediası yazır ki, bu hadisə dövlət - vətəndaş, hakimiyyət - vətəndaş münasibətləri ilə əlaqəli çox incə və dərin qatların olduğunu ortaya qoydu.

"Nikol Paşinyan bu hərəkətlə hakimiyyətin və dövlətin vətəndaşa olan münasibətini nümayiş etdirdi. O göstərdi ki, vətəndaş inqilab ideologiyasında müəyyən etdiyi kimi bir məqsəd deyil, yalnız vasitədir. Əslində, Nikol Paşinyanın davranışı heç bir halda hakimiyyətin güclü olmasının deyil zəifliyinin işarəsidir.

Vətəndaşlar olmadan hakimiyyət heç nədir. Üstəlik, söhbət vətəndaşların mübarizəsi ilə təsdiqlənmiş və hələ də vətəndaşların kifayət qədər etimadından istifadə edilən hakimiyyətdən gedir. Və vətəndaşla Nikol Paşinyan kimi davranan hakimiyyətə vətəndaşların etibarı itirəcək, çünki vətəndaşlar öz ləyaqəti hesabına hakimiyyətə etibar etməyə hazır deyillər.

Beləliklə, vətəndaşların köməyi ilə hakimiyyətə gələn Paşinyan öz qüdrətini göstərmək üçün onların ləyaqətini də satın almaq istəyir. Çoxsaylı video kameralar qarşısında, Paşinyan tərəfindən ifa edilən bu səhnə bütün televiziya kanallarında nümayiş olundu, bütün media bunu yaydı.

Beləliklə, inqilab sevgisi və dözümlülük tədricən hakimiyyətin kobud və ləyaqətsiz gücünə çevrilir. Və istənilən hərəkət məlum olduğu kimi qarşıdurmaya gətirib çıxarır. Nikol Paşinyan gözəl bir gündə vətəndaşların özünün şərəfli və ləyaqətini bərpa etməyə çalışacağına hazır olmalıdır. Hər bir belə hadisə isə Paşinyanı həmin günə daha da  yaxınlaşdırır", deyə erməni KİV yazıb.

Xatırladaq ki, Noraqavit gömrük postunda olarkən Paşinyan əməkdaşları təhqir edib. Gömrük əməkdaşı Ayk Martirosyan artıq işdən azad olunması üçün ərizə yazdığını bildirib. Paşinyan daha bir neçə əməkdaşın işdən azad olunması üçün ərizə yazmalarına göstəriş verib. A. Martirosyan yalnız iki ay əvvəl işə başlayıb.

P.Sultanova

 

 

Paylaş:
754

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər