Robert Koçaryanın həbs müddəti uzadıldı | 1news.az | Xəbərlər
Ermənistan

Robert Koçaryanın həbs müddəti uzadıldı

13:34 - 11 / 04 / 2019
Robert Koçaryanın həbs müddəti uzadıldı

Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbs müddətini bir daha uzadıb.

1news.az erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə prokuror Petros Petrosyan bildirib.

Bundan əvvəl, R.Koçaryanın həbs müddəti yanvarın 18-də və martın 15-də uzadılmışdı.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürüb, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.

1news.az

 

Paylaş:
746

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər