Paşinyanın qohumu saxta diplomla vəzifəyə təyin edilib | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın qohumu saxta diplomla vəzifəyə təyin edilib

12:37 - 12 / 04 / 2019
Paşinyanın qohumu saxta diplomla vəzifəyə təyin edilib

Ermənistanın baş naziri Nikol Paşinyanın qohumu vəzifəyə təyin edilərkən saxta diplom verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan qohumuna qarşı bununla bağlı cinayət işi açılması barədə ilk dəfə öz Facebook səhifəsində bildirib.

Qeyd edək ki, bu yaxınlarda prokurorluq işin istintaq komitəsinə göndərildiyini bəyan edib.

Hüquq mühafizə orqanları bu günə qədər Paşinyanın qohumunun adını açıqlamayıb.

İlkin məlumatlara görə, 2019-cu ilin fevral ayında Ətraf Mühitin Qoruması Nazirliyində departamentin direktor müavini təyin edilən baş nazirin qohumu Ermənistan Kənd Təsərrüfatı İnstitutunun məzunu kimi 1993-cü ilin diplomunun surətini təqdim edib.

Məsələ ilə bağlı aprelin 4-də cinayət işi açılıb.

P.Sultanova

Paylaş:
730

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər