İnternetdə yeni fırıldaq növü yayılıb | 1news.az | Xəbərlər
Dünya

İnternetdə yeni fırıldaq növü yayılıb

16:33 - 15 / 04 / 2019
İnternetdə yeni fırıldaq növü yayılıb

Rusiya internet seqmentində yeni dələduzluq növünə əl atırlar. İnternetin sərhədsiz məkan oldğunu nəzərə alsaq, bunun bütün ölkələrə, o cümlədən Azərbaycana da yayılması istisna deyil.

Sayt istifadəçilərini uduzmaq ehtimalı olmayan lotereyalarda iştiraka dəvət edirlər. Amma bunun üçün əvvəlcə müəyyən komissiya ödəmək lazımdır.

Fırıldaq şəbəkəsi toplanan məbləği sim-kartlar vasitəsilə çıxarırmış. Bu haqda “Kommersant” qəzeti yazır. Beləcə milyonlarla rubl mənimsənilib. Fırıldaq qurbanı olanlar “Ruskomnadzor”a və Rusiya Daxili İşlər Nazirliyinə şikayət edir.

Mobil operatorlar hələ də araşdırmaya başlamayıb. Şübhəli köçürmələr üçün gündəlik 5-15 rubl limit var. Ayda uzağı 400 min rubl köçürmək mümkündür. “Tele2” operatorunun şərtləri isə dələduzlara daha geniş şərait yaradır. Gündə 50 tranzaksiya etmək olar. Aylıq limit isə 600 min rubldur.

Keçən ilin noyabrında operatorların öz üzərinə 50 rubldan yüksək əməliyyatlara nəzarət məsuliyyəti götürməsi müzakirə pdermeti olmuşdu. Amma bu məsələ təşəbbüs səviyyəsindən o tərəfə keçmədi.

Bizimyol.info

S.Xankişiyeva

 

Paylaş:
698

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər