Paşinyan hökuməti plagiatçılıqda ittiham olunur
“Parlaq Ermənistan” parlament fraksiyası Paşinyan hökumətini plagiatçılıqda ittiham edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, parlamentdə hərbi qulluqçuların sağlamlığının və sosial təminatının qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi gərgin şəraitdə keçib.
Qanun layihəsi “Parlaq Ermənistan” tərəfindən parlamentə təqdim edilib Lakin hökumət əvvəl bu təklifi rədd edib, daha sonra onu olduğu kimi hökumətin qərarı kimi qəbul edib.
Bu, fraksiya üzvlərinin ciddi narazılığa səbəb oldu. Onun lideri Edmond Marukyan həmkarlarını ideyalardan i istifadə edərkən fraksiyanın müəllifliyini ifadə etməyə çağırıb. Əlavə edib ki, parlamentdə olan plagiatlıq artıq hökumət səviyyəsində inkişaf edir.
P.Sultanova
911