Nazarbayev Ermənistanın hər üç sabiq prezidentinə məktub göndərib | 1news.az | Xəbərlər
Ermənistan

Nazarbayev Ermənistanın hər üç sabiq prezidentinə məktub göndərib

10:00 - 17 / 04 / 2019
Nazarbayev Ermənistanın hər üç sabiq prezidentinə məktub göndərib

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Ermənistanın hər üç sabiq prezidenti - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyana təşəkkür məktubları göndərib.

1news.az "Armenpress"ə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev bildirib.

"Bu təşəkkür məktubları Qazaxıstanın müstəqilliyi dövründə bizim liderin yeni bir regional və qlobal təhlükəsizlik arxitekturası qurmaq üçün əməkdaşlıq etdiyi bütün dövlət başçılarına göndərilib", - səfir deyib.

O əlavə edib ki, Qazaxıstanın ilk prezidenti erməni həmkarlarına ünvanladığı məktubunda beynəlxalq əməkdaşlıqda əldə olunan nəticələrə görə də minnətdarlığını bildirib.

Xatırladaq ki, daha əvvəl Koçaryanın mətbuat xidməti Nazarbayevin ünvanladığı məktubun mətnini yaymışdı.

P.Sultanova

 

Paylaş:
926

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər