Güllə yarası alan erməni hərbçi ölüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Ermənistan

Güllə yarası alan erməni hərbçi ölüb - YENİLƏNİB

12:33 - 18 / 04 / 2019
Güllə yarası alan erməni hərbçi ölüb - YENİLƏNİB

İrəvan yaxınlığındakı hərbi hissələrin birində aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilən hərbiçi ölüb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə istintaq komitəsinin mətbuat katibi Naira Harutyunyan bildirib.

Müqavilə əsasında xidmət edən hərbçi sinəsinin sol hissəsindən güllə yarası alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Təsdiqlənməmiş məlumata görə, o, intihara cəhd edib.

P.Sultanova

11:07

Ermənistanda müqavilə əsasında xidmət edən hərbi qulluqçu aldığı silah yarası ilə xəstəxanaya yerləşdirilib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, o, sinəsinin sol hissəsindən ağır güllə yarası alıb.

Hadisə İrəvan yaxınlığındakı hərbi hissənin ərazisində baş verib.

Təsdiqlənməmiş məlumata görə, gənc hərbçi intihara cəhd edib, lakin istintaq detalları aydınlaşdırır. Hərbçinin vəziyyəti olduqca ağır qiymətləndirilir. 

Müdafiə nazirliyinin mətbuat katibi  Arturun Hovhannisyanın faktı təsdiqləyib, həkimlərin indi hərbçinin həyatını xalas etməyə çalışdığını deyib.

P.Sultanova

Paylaş:
1023

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər