Putin və Paşinyan gələn ay görüşəcək | 1news.az | Xəbərlər
Ermənistan

Putin və Paşinyan gələn ay görüşəcək

14:42 - 19 / 04 / 2019
Putin və Paşinyan gələn ay görüşəcək

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 29-da Qazaxıstanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin Yüksək Səviyyəli Şurasının iclası çərçivəsində görüşü gözlənilir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko deyib.

O bildirib ki, Rusiya ilə Ermənistanın qarşılıqlı əlaqələri çox konstruktiv, dinamik şəkildə qurulub:

“Ölkəmizin liderləri ötən il yeddi dəfə görüşüb, onlar daim əlaqə saxlayır, telefon danışıqları aparırlar. Mayın 29-da Qazaxıstanda AİB-nin Yüksək Səviyyəli Şurası keçiriləcək. Oktyabrın 1-də belə bir tədbir İrəvanda keçiriləcək və ölkələrimizin liderləri görüşmək imkanı qazanacaqlar".

P.Sultanova

Paylaş:
1413

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər