“Seltik” azərbaycanlı futbolçuya “elçi düşüb” | 1news.az | Xəbərlər
İdman

“Seltik” azərbaycanlı futbolçuya “elçi düşüb”

16:42 - 19 / 04 / 2019
“Seltik” azərbaycanlı futbolçuya “elçi düşüb”

Şotlandiyanın "Seltik" klubu azərbaycanlı futbolçu ilə maraqlanır. 

1news.az Sport7.az-a istinadən xəbər verir ki, gənclərdən ibarət millimizin və "Qəbələ"nin üzvü Bəhlul Mustafazadə məşhur klubun diqqət mərkəzinə düşüb. 

Qlazqo təmsilçisi gənc futbolçunu izləyir və mövsümün sonuna baxışa dəvət olunacağı gözlənilir. 

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Bəhlulun mövsümün sonunda klubu ilə müqaviləsi bitəcək. 

1news.az

Paylaş:
988

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər