Poroşenko Zelenskini təbrik edib | 1news.az | Xəbərlər
Dünya

Poroşenko Zelenskini təbrik edib

10:46 - 22 / 04 / 2019
Poroşenko Zelenskini təbrik edib

Ukraynada keçirilən prezident seçkilərində lider olan Vladimir Zelenski hazırkı dövlət başçısı Petro Poroşenkonun onu təbrik etdiyini və hərtərəfli kömək göstərməyə hazır olduğuna söz verdiyini deyib.

1news.az bu barədə Ukrayna mediasına istinadla xəbər verir.

"Demək istəyirəm ki, fəaliyyətdə olan prezident Petro Poroşenkoya qələbəm münasibətilə təbrikinə görə çox minnətdaram. O bildirdi ki, mən istənilən vaxt onun köməyinə arxalana bilərəm. Poroşenko mənim və komandamın qələbəsini etiraf etdi", - Zelenski brifinqdə deyib.

Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçirilib. Seçkilərdə ölkənin hazırki prezidenti Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər.

Protokolların 80,78%-nin hesablanması nəticəsində Zelenski 73,09%, Petro Poroşenko isə 24,57% səs toplayıb.

P.Sultanova

Paylaş:
586

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər