Şri-Lankadakı terror aktlarından ölənlərin sayı 310-a çatıb
Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərin sayı 310 nəfər çatıb.
1news.az xarici mediaya istinadla xəbər verir ki, xəsarət alanların sayı 480 nəfər təşkil edir.
Daha əvvəl 290 nəfərin öldüyü, 500 nəfərin isə yaralandığı bildirilirdi.
Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.
Aprelin 22-si ölkənin paytaxtı Kolomboda daha bir partlayış baş verib. Partlayış daha əvvəl teraktı baş verdiyi kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi zamanı baş verib.
Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.
Aprelin 23-ü Şri-Lankada matəm günü elan edilib.
1news.az