Ermənistanda həbsdə olan azərbaycanlı girov əməliyyat edilib
Bu il martın 15-də Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində girov götürülmüş və hazırda həbsdə saxlanılan Elvin İbrahimov əməliyyat edilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, səhhəti pisləşən E.İbrahimov “Erebuni” Tibb Mərkəzinə aparılıb və tibbi müasyinə zamanı onun təcili əməliyyat edilməsinə qərar verilib.
O, mədəsindən əməliyyat olunub. Erməni mətbuatı bütün addımların Ermənistanın Ədliyyə, Səhiyyə nazirlikləri və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq şəraitində həyata keçirildiyini yazıb.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu evdən işə getmək adı ilə çıxıb və sərhəd xəttində yolu azıb. Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və girov götürülüb.
P.S.