Çempionlar Liqasında erkən final: “Barselona” “Liverpul”a qarşı | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında erkən final: “Barselona” “Liverpul”a qarşı

17:26 - 01 / 05 / 2019
Çempionlar Liqasında erkən final: “Barselona” “Liverpul”a qarşı

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci qarşılaşması baş tutacaq.

1news.az-ın məlumatına görə, erkən final adlandırılan bu oyunda İspaniyanın “Barselona” klubu İngiltərənin “Liverpul” komandasını qəbul edəcək.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüş öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlarda isə yalnız Adam Lallana və Roberto Firminonun oyuna çıxıb-çıxmayacağı sual altındadır.

“Barselona” cari mövsüm UEFA Çempionlar Liqasında heç bir görüşdə məğlub olmayıb. Turnirin son finalçısı “Liverpul” isə qrup mərhələsindəki səfər oyunlarının hamısından məğlubiyyətlə ayrılıb.

Ardıcıl ikinci mövsümdə ÇL-in həlledici oyununa vəsiqə qazanmaq istəyən mersisaydlılar “Nou Kamp”da sərfəli nəticə qazanmağa çalışacaqlar. Bu mövsüm iştirak etdiyi bütün turnirlərdə uğurlu çıxışı ilə yadda qalan kataloniyalılar isə doğma meydan və azarkeş amilindən maksimum yararlanıb, ingilisləri evə əliboş göndərmək istəyirlər.

Komandalar arasındakı cavab oyunu mayın 7-də keçiriləcək.

Xatırladaq ki, yarımfinal mərhələsinin ilk qarşılaşmasında Hollandiyanın “Ayaks” klubu səfərdə İngiltərənin “Tottenhem” komandasına minimal hesabla qalib gəlib.

1 may

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu


23:00. “Barselona” – “Liverpul”

1news.az

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər