Medvedev Paşinyanı pərt etdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Medvedev Paşinyanı pərt etdi – VİDEO

11:53 - 02 / 05 / 2019
Medvedev Paşinyanı pərt etdi – VİDEO

Yerevanda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasında kuryoz hadisə baş verib.

1news.az-ın verdiyi xəbərə görə, iclasda çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Dmitri Medvedevin üzünə baxaraq “başqa sual yoxdursa, biz keçə bilərik?” deyib.

Medvedev gülərək “Yox. Hara keçək?” deyərək Paşinyanı çaşdırıb. Pərt olmuş erməni baş nazir “sənədlərin imzalanması proseduruna” cavabını verib.

Paşinyanla Medvedev arasındakı dialoq iclas iştirakçılarının gülüşünə səbəb olub.

S.Xankişiyeva

 

Paylaş:
712

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər