Moskvada təyyarə qəzasında ölənlərin sayı 41-ə çatıb | 1news.az | Xəbərlər
Dünya

Moskvada təyyarə qəzasında ölənlərin sayı 41-ə çatıb

09:26 - 06 / 05 / 2019
Moskvada təyyarə qəzasında ölənlərin sayı 41-ə çatıb

Moskvanın "Şeremetyevo" aeroportunda təyyarənin alışması nəticəsində 41 nəfər həlak olub.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, 78 nəfərdən yalnız 37-si sağ qalıb.

Onların 33 nəfəri sərnişin, 4 nəfəri ekipaj üzvüdür.

6 nəfər xəstəxanaya yerləşdirilib, onların üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.

P.S.

 

Paylaş:
762

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər