“Liverpul”un rəqibi müəyyənləşir: “Ayaks” “Tottenhem”ə qarşı | 1news.az | Xəbərlər
Futbol

“Liverpul”un rəqibi müəyyənləşir: “Ayaks” “Tottenhem”ə qarşı

16:42 - 08 / 05 / 2019
“Liverpul”un rəqibi müəyyənləşir: “Ayaks” “Tottenhem”ə qarşı

Bu gün UEFA Çempionlar Liqasının 2018-2019-ci il mövsümünün ikinci yarımfinal mərhələsinin cavab görüşü keçiriləcək.

1news.az-ın məlumatına görə, Hollandiyada təşkil olunacaq oyunda “Ayaks” İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək.

İlk matçda rəqibinə 0:1 hesabı ilə uduzan London təmsilçisi məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Amsterdam klubuna finala vəsiqə qazanmaq üçün bu görüşdə istənilən heç-heçə sərf edəcək. “Tottenhem” isə ən azı iki top fərqi ilə qələbə qazanmalıdır. Qonaqların 1:0 hesablı qələbəsi qarşılaşmanı əlavə vaxta aparacaq.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bu qarşılaşmanın qalibi finalda iki oyunun nəticəsinə görə (0:3, 4:0) “Barselona”nı mübarizədən kənarlaşdıran “Liverpul”la qarşılaşacaq.

Final görüşü iyunun 1-də Madriddəki “Metropolitano” stadionunda təşkil olunacaq.

8 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə)
İlk oyun - 1:0

1news.az

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər