Hakimlərə xəbərdarlıq: Koçaryanın işindən imtina edənləri cəza gözləyir | 1news.az | Xəbərlər
Ermənistan

Hakimlərə xəbərdarlıq: Koçaryanın işindən imtina edənləri cəza gözləyir

11:41 - 08 / 05 / 2019
Hakimlərə xəbərdarlıq: Koçaryanın işindən imtina edənləri cəza gözləyir

Sabiq prezident Robert Koçaryan və digərlərinin işinə baxmaqdan hakimlərin imtina etməsi Ermənistanın məhkəmə sistemi üçün ayıbdır.

1news.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Məqalədə vurğulanıb ki, hakim Vardan Qriqoryanın geri çəkilməsindən sonra iş başqa bir hakimə verilməlidir və yeni hakim də imtina etsə, bu artıq məhkəmə sistemi üçün utancverici hadisə olacaq.

“2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı Ermənistanın keçmiş yüksək vəzifəli şəxslərinin işi əldən ələ keçir. Hakimlərdən heç biri sabiq prezidentin, sabiq müdafiə nazirinin, sabiq baş nazirin müavininin məhkəmə prosesinin iştirakçısı olmaq istəmir.

Hakim Vardan Qriqoryanın imtinasından sonra mayın 7-də David Qriqoryan İrəvan ümumi yuridiksiya məhkəməsi tərəfindən 1 mart hadisələrinə dair iş üzrə hakim təyin edilib.

Hakimlərin  geri çəkilməsi mövzusu məhkəmə sistemində qızğın müzakirələrinə səbəb olub. Bununla yanaşı,  məlum olub ki, əgər 1 martı işindən hakimlər yenidən imtina etsələr, onların intizam məsuliyyətinə cəlb olunması və cəzalandırılması məsələsi qaldırılacaq.

Yalnız ciddi bir söhbətdən sonra iş David Qriqoryana ötürülüb. Qriqoryan işdən imtina etməyəcəyini və cinayət işini nəzərdən keçirəcəyini söyləyib", deyə nəşr yazıb.

P.Sultanova



Paylaş:
779

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər