UEFA Avropa Liqasının finalçıları müəyyənləşir | 1news.az | Xəbərlər
Futbol

UEFA Avropa Liqasının finalçıları müəyyənləşir

17:10 - 09 / 05 / 2019
UEFA Avropa Liqasının finalçıları müəyyənləşir

Bu gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin iki qarşılaşması keçiriləcək.

1news.az-ın məlumatına görə, Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” klubunun qonağı olacaq. Bu klubların Frankfurtda keçirilən görüşündə qalib müəyyənləşməyib - 1:1.

Digər oyun isə İspaniyada baş tutacaq. Ötən mövsüm turnirin yarımfinalında İspaniyanın digər təmsilçisi “Atletiko”ya uduzan (1:1, 1:0) “Arsenal” “Valensiya”nın qonağı olacaq.

Bu komandaların arasında Londonda baş tutan ilk görüşdə “Arsenal” 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

1news.az

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər