Dünyanın ən bahalı atının qiyməti açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən bahalı atının qiyməti açıqlandı

15:43 - 10 / 05 / 2019
Dünyanın ən bahalı atının qiyməti açıqlandı

At yarışlarının ən yaxşı atı hesab olunan "Frankel"in qiyməti açıqlanıb.

1news.az Fanat.az-a istinadən xəbər verir ki, hazırda onun dəyəri 110 milyon avrodu. İlk dəfə 20 oktyabr 2012-ci ildə pistə çıxan "Frankel" indiyədək keçirdiyi 14 yarışın hamısında qələbə qazanıb. 

Mütəxəssislərin performansına görə 140 handikap xalı verdiyi "Frankel" yarış tarixinin gəlib-getmiş ən yaxşı atı hesab olunur. Onun sahibi Səudiyyə Ərəbistanı şahzadəsi Xalid Abdullahdı.

1news.az

Paylaş:
6181

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər