Aparıcı krallığın körpəsini meymuna bənzətdiyi üçün işdən qovuldu | 1news.az | Xəbərlər
Dünya

Aparıcı krallığın körpəsini meymuna bənzətdiyi üçün işdən qovuldu

09:51 - 10 / 05 / 2019
Aparıcı krallığın körpəsini meymuna bənzətdiyi üçün işdən qovuldu

BBC-nin aparıcısı Denni Beyker Böyük Britaniya kral ailəsinin yeni doğulmuş körpəsi haqqında yazdığı tvitə görə işdən qovulub. 

1news.az xarici mətbuata istinadla xəbər verir ki,  aparıcı “Tvitter” hesabında geyimdə olan şimpanzenin əlindən tutmuş cütlük şəkli paylaşaraq “Krallığın körpəsi xəstəxanadan çıxdı" yazıb.

BBC-nin rus xidmətinin məlumatında deyilir ki, Beyker özü bu hərəkətini "axmaqlıq" adlandırıb.

61 yaşlı aparıcı işini itirməsinə səbəb olan paylaşımı silib, lakin bu tvit böyük rezonansa səbəb olub. Beykeri Sasseks hersoqinyası Meqan Marklın irqi mənsubluğunu təhqir etməkdə günahlandırıblar.

P.S.

Paylaş:
688

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər