Nüfuzu düşən Paşinyandan velosiped piarı - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan işə velosipedlə gedib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Facebook səhifəsində məlumat verilib.
Paşinyan özü isə səhifəsində əlavə sübut kimi artıq video yükləyib.
“Keçən dəfə inqilabi bir velosiped idi, bu dəfə isə əks-inqilabçıdır”, deyə baş nazir zarafatla yazıb.
Kadrlardan göründüyü kimi Paşinyanı onun mətbuat katibi Vladimir Karapetyan müşayiət edir.
Sosial şəbəkə istifadəçiləri isə müxtəlif şərglər yazıblar:
"Doğru variantdır, benzin 480 dram artırılıb", "Yazıq mühafizəçilər, çətinlik çəkən onlardır ".
Bu arada erməni mətbuatı Paşinyanın nüfuzunun düşdüyünü yazıb. Bunu ölkədə Milli Təhlükəsizlik xidmətinin keçirdiyi sorğu da təsdiqləyib. Bundan çıxış edərək Paşinyanın velosipedlə işə getməsinin onun növbəti piar addımı kimi qəbul etmək olar.
P.S.