Formula 1 üzrə üçqat dünya çempionu vəfat edib
Formula 1 üzrə sabiq üçqat dünya çempionu Niki Lauda vəfat edib.
1news.az-ın məlumatına görə, N.Lauda mayın 20-də 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 2018-ci ilin iyul ayında avstraliyalı üçqat çempion pnevmoniya diaqnozu ilə Vyana klinikasına yerləşdirilib, daha sonra müəyyən olunub ki, Laudanın ağ ciyərləri ciddi şəkildə zədələnib. Avqust ayında Lauda ağ ciyərlərin transplantasiyası üzrə uğurlu əməliyyat keçirib.
Pilot Formula 1-də 13 sezon keçirib, bu çıxışlar zamanı 25 qələbə qazanıb və 54 dəfə podiuma qalxıb. Çempion adını 1975, 1977 və 1984-cü illərdə qazanıb. “Març”, “BRM”, “Ferrari”, “Brebem” və “Maklaren” kimi komandalarda çıxış edib.
1985-ci ildə karyerasını bitirdikdən sonra idman meneceri, RTL telekanalının Almaniya üzrə icmalçısı, 2012-ci ildən Formula 1 üzrə “Mercedes AMG”nin Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərib.
1news.az