AŞPA Paşinyanı qanunlara hörmət etməyə çağırıb
AŞPA Ermənistanın baş naziri Nikol Paşinyanın məhkəmələrin binalarını bloklamaq barədə çağırışını tənqid edərək onu qanunlara əməl etməyə çağırıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri Yuliya Levoçkina və Andrey Şirel birgə bəyanatlarında qeyd ediblər ki, siyasətçilər məhkəməyə təzyiq kimi qəbul edilə biləcək hərəkətlərdən və ifadələrdən yayınmalıdırlar.
Bu bəyanat Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdən azad edilməsinə dair qərardan sonra Paşinyanın məhkəmələrin bloklanması ilə bağlı çağırışından sonra verilib.
"Məhakimənin müstəqilliyi qanunun aliliyi üçün bir şərtdir. Buna görə siyasətçilər tərəfindən heç bir müdaxilənin olmaması qanunun aliliyi ən yaxşı hörmətlidir. Məhkəmə qərarlarına etiraz etmək üçün aydın hüquqi prosedurlar var, məsələn, ən yüksək məhkəmə orqanlarına müraciət. Qanunun aliliyinin qorunması prosedurlara hörmət tələb edir ki, bütün vətəndaşlar kimliyindən asılı olmayaraq qorunsun”, - deyə həmməruzəçilər vurğulayıblar.
P.S.