Ermənistanda taksi sürücüləri etiraz edir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda taksi sürücüləri etiraz edir

15:22 - 23 / 05 / 2019
Ermənistanda taksi sürücüləri etiraz edir

Ermənistanın Vanadzor şəhərində yanacaqdoldurma məntəqələrindəki vəziyyətlə bağlı aksiya keçirilib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, səhər saatlarında Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda taksi sürücüləri avtomobillərini Hayk meydanına qoyaraq qazın qiymətinin artmasına etiraz ediblər.

"Biz sürücülərlə söhbət etdik, əksəriyyəti gedib, qalanları isə gedəcək. Problemin real səbəbini –onun hökumətlə, yanacaqdoldurma məntəqələri, yaxud qazın keyfiyyəti ilə bağlı olub-olmadığını anlamaq lazımdır", - deyə Vanadzor meri Mamik Aslanyan deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı ekspert qrupunun yaradılması vacibdir.

Qeyd edək ki, mayın 1-dən Ermənistanda qaz stansiyalarında sıxılmış qaz kiloqramla satılır.

P.S.

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər