Qaqik Arutyunyanın istefası tələb olunur | 1news.az | Xəbərlər
Ermənistan

Qaqik Arutyunyanın istefası tələb olunur

15:35 - 23 / 05 / 2019
Qaqik Arutyunyanın istefası tələb olunur

Ermənistanda bir qrup şəxs Ali məhkəmə şurasının qarşısında aksiya keçirir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, binaya giriş polis tərəfindən mühafizə olunur.

Aksiya iştirakçıları Ali məhkəmə şurası sədri Qaqik Arutyunyanın istefasını tələb edirlər.

"Biz ədalət tələb edirik, amma məhkəmə hakimiyyəti buna maneə törədir, çünki əvvəlki hökumətin bir hissəsidir. Bu gün hakimlər yaramazca davranırlar. Biz, Ermənistanın vətəndaşları olaraq, məhkəmə sistemini təmizləməyi tələb edirik", - mitinq iştirakçılarından biri deyib.

P.S.

Paylaş:
971

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər