Tereza Mey istefasını elan etdi
Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir bu açıqlamanı öz iqamətgahında jurnalistlərə verib.
O bildirib ki, iyun ayının 7-də partiya rəhbəri və baş nazir vəzifəsindən ayrılacaq.
Qeyd edək ki, T.Mey 2016-cı ildən Böyük Britaniyanın Baş naziri postunu tutur.
1news.az
637