Barəsində cinayət işi açılan İrəvan Universitetinin rektoru istefa verib | 1news.az | Xəbərlər
Ermənistan

Barəsində cinayət işi açılan İrəvan Universitetinin rektoru istefa verib

09:26 - 24 / 05 / 2019
Barəsində cinayət işi açılan İrəvan Universitetinin rektoru istefa verib

İrəvan Dövlət Universitetinin rektoru Aram Simonyan istefa verib.

1news.az xəbər verir ki, bu barədə rektorun mətbuat katibi Qevork Emin-Teryan bildirib.

Xatırladaq ki, universitetdə böyük məbləğdə vəsaitin mənimsənilməsi və ya oğurlanması, vəzifə səlahiyyətlərindən sui-istifadə, saxtakarlıq, iri məbləğdə rüşvət vermə və alma ilə bağlı cinayət işi açılıb.

Cinayət işi polisdən İstintaq Komitəsinə verilib. Rektor Aram Simonyan isə ittihamların yalan olduğunu iddia edir.

P.Sultanova

 

Paylaş:
770

Son xəbərlər

Bütün xəbərlər