Sarkisyan Koçaryanla görüşüb | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan Koçaryanla görüşüb

09:20 - 27 / 05 / 2019
Sarkisyan Koçaryanla görüşüb

Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbsdən azad edildikdən sonra həqiqətən də Serj Sarkisyanla görüşüb.

1news.az xəbər verir ki, bu barədə Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan “Sputnik Ermənistan”a bildirib.

"İkinci prezident təxminən yarım il həbsdə idi. Serj Sarkisyan onun ziyarətinə gəldi ", - Soqomonyan deyib.

Lakin o, keçmiş prezidentlərin hansı məsələləri müzakirə etməsi barədə danışmayıb. Onun sözlərinə görə, görüş tamamilə dostluq xarakterində keçirilib.

Soqomonyan, həmçinin bildirib ki, azadlığa buraxıldıqdan sonra Koçaryan “İzmirlian” tibb mərkəzində profilaktik müayinədən keçib.

P.Sultanova

Paylaş:
1219

Son xəbərlər

Bütün xəbərlər