Patrul xidməti həyata keçirən polislərin dronu daş-qalaq edildi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Patrul xidməti həyata keçirən polislərin dronu daş-qalaq edildi - FOTO

12:25 - 06 / 06 / 2019
Patrul xidməti həyata keçirən polislərin dronu daş-qalaq edildi - FOTO

Türkiyənin Elazığ vilayətində polis dronla patrul xidməti həyata keçirərkən şok mənzərə ilə qarşılaşıb.

1news.az Redaktor.az-a xəbər verir ki, polis ərazidə icazəsiz qazıntı işləri həyata keçirən şübhəli müəyyən edib. Üzərində dron uçduğunu görən şübhəlinin uçuş aparatını daş-qalaq etməsi polisi hərəkətə keçirib.

Dərhal əraziyə cəlb edilən asayiş keşikçiləri şübhəlini nəzarətə götürüblər. Onun qızıl tapmaq üçün ərazidə axtarışlar apardığı məlum olub. Araşdırmalar davam edir.

1news.az

Paylaş:
755

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər