"Sputnik"in baş redaktoru xəstəxanaya yerləşdirilib | 1news.az | Xəbərlər
Dünya

"Sputnik"in baş redaktoru xəstəxanaya yerləşdirilib

10:25 - 07 / 06 / 2019
"Sputnik"in baş redaktoru xəstəxanaya yerləşdirilib

RT və “Sputnik” agentliyinin baş redaktoru Marqarita Simonyan xəstəxanaya yerləşdirilib.

1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, iyunun 6-da Simonyan "Exo Moskva" radiostansiyasına gəlib, burada isə onu Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası gözləyib.

Fondun hüquqşünası ona kameralar qarşısında Moskva meri Sergey Sobyaninlə bağlı suallar verib. Baş redaktor cavab verməkdən imtina edib, lakin qarşı tərəf israrla şərh almağa çalışıb. Belə olan halda Simonyanın halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Simonyanın hamilədir, üçüncü övladını gözləyir.

"Exo Moskva"nın baş redaktoru Aleksey Venediktov hadisəyə görə üzr istəyib.

P.S.

Paylaş:
769

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər