Tokayev xalqa təşəkkür etdi
Qazaxıstanın başçısı vəzifəsini icra edən, prezidentliyə namizəd Kasım-Jomart Tokayev seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra öz xalqına göstərdikləri etimada görə təşəkkürünü bildirib.
1news.az xəbər verir ki, namizədin qərargahından verilən məlumatda, Tokayev seçki kampaniyasının sivil və sakit keçdiyini söyləyib:
"Əslində bu, seçki proqramlarının bir rəqabəti idi. Bir-birimizin ünvanına əsassız tənqid səsləndirmədik. Beynəlxalq müşahidəçilər də qeyd ediblər ki, seçkilər açıq və sakit bir mühitdə pozuntulara yol vermədən keçirilib".
Onun sözlərinə görə, bu, ölkədə siyasi mədəniyyətin artmasını göstərir.
İyunun 9-da Qazaxıstanda altıncı dəfə prezident seçkiləri keçirilib. Ölkəni 30 il idarə edən Nursultan Nazarbayev martın 20-də istefasını bəyan edib, bundan sonra isə parlamentin yuxarı palatasının sədri olmuş Kassım-Jomart Tokayev prezident səlahiyyətlərini icra etməyə başlayıb.
Qeyd edək ki, prezident seçkilərində seçici fəallığı 77,4%, yaxud 9 milyondan çox təşkil edib. Exit-polunl məlumatlarına görə, Tokayev səslərin təxminən 70% -ni alıb.
P.Sultanova