Koçaryanın tərəfdarları və əleyhdarları aksiyaya başlayıb | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryanın tərəfdarları və əleyhdarları aksiyaya başlayıb

13:04 - 12 / 06 / 2019
Koçaryanın tərəfdarları və əleyhdarları aksiyaya başlayıb

Ermənistanın Apellyasiya məhkəməsində hakim Armen Danielyanın sədrliyi ilə ikinci prezidenti Robert Koçaryan və digərlərinin işi üzrə şikayətin baxılmasına başlanılır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, artıq ikinci prezidentin tərəfdarları və əleyhdarları məhkəmə binasının qarşısında toplaşıblar.

Koçaryanın əleyhdarları onun həbsini, tərəfdarları isə cinayət işinə xitam verilməsini tələb edirlər.

Qeyd edək ki, hakim David Qriqoryanın sədrliyi ilə məhkəmə mayın 18-də Koçaryanın azadlığa buraxılması barədə qərarı elan edib.

Prokuror Petros Petrosyan isə  şikayətində Apellyasiya məhkəməsindən qərarın ləğvini tələb edib.

P.Sultanova

 

Paylaş:
740

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər