“Dostluq üçün futbol” layihəsinin iştirakçıları “Sabah”ın qonağı olublar - FOTO | 1news.az | Xəbərlər
Futbol

“Dostluq üçün futbol” layihəsinin iştirakçıları “Sabah”ın qonağı olublar - FOTO

10:18 - 13 / 06 / 2019
“Dostluq üçün futbol” layihəsinin iştirakçıları “Sabah”ın qonağı olublar - FOTO

“Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində “Sabah” FK-nı və ölkəmizi təmsil etmiş məşqçi Samir Əbdürəhmanov, futbolçular Babamirzə Mehdiyev, Ayxan Əlizadə, Fatimə Məhərrəmli və azyaşlı jurnalist Timur Jeltenkov “Sabah” FK-nın qonağı olublar.

1news.az-ın məlumatına görə, klub prezidenti Maqsud Adıgözəlov, əsas komandanın baş məşqçisi Elşad Əhmədov və yarımmüdafiəçi Rəşad Eyubov İspaniyanın paytaxtı Madriddə baş tutmuş sosial layihədə iştirak etmiş təmsilçilərimizin səfər təəssüratlarıyla tanış olub, turnirdə ölkəmizi və “Sabah” Futbol Klubunu layiqincə təmsil etdiklərinə görə onları təbrik ediblər.

“Sabah” FK-nın U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov bu cür turnirlərin azyaşlı futbolçular üçün əhəmiyyətini vurğulayaraq, klub rəhbərliyinə hərtərəfli dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, qapıçımız Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” komandası turniri çempion kimi başa vurub. Digər futbolçularımızdan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırıb. Məşqçimiz Samir Əbdürəhmanov “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.

Məşqçimiz və futbolçularımız iyunun 1-də, Madridin “Vanda Metropolitano” stadionunda Çempionlar Liqasının final görüşünü canlı izləyiblər.

1news.az

Paylaş:
846

Son xəbərlər

Bütün xəbərlər