Koçaryan Paşinyana qarşı məhkəmə iddiasını geri götürüb
Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana qarşı qaldırdıqları şərəf və ləyaqətin alçaldıması ilə bağlı ittihamı geri götürüb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Koçaryanın vəkili Ayk Alumyan bildirib.
O deyib ki, Paşinyanın nümayəndələri baş nazir tərəfindən verilmiş bəyanatın Koçaryana aid edilmədiyini birmənalı şəkildə etiraf ediblər.
Qeyd edək ki, Paşinyan çıxışı zamanı "sabiq prezidentlər cinayətləri təşkil etməkdə ittiham olunurlarsa, onların toxunulmazlığı barədə danışıla bilməz" deyib. Bundan sonra isə Koçaryanın vəkilləri məhkəmədə baş nazirə qarşı iddia qaldırmışdılar.
P.S.
640