Qavrilov Gürcüstan parlamentinin sədrinin yerində nə üçün əyləşməsindən danışıb | 1news.az | Xəbərlər
Dünya

Qavrilov Gürcüstan parlamentinin sədrinin yerində nə üçün əyləşməsindən danışıb

16:34 - 21 / 06 / 2019
Qavrilov Gürcüstan parlamentinin sədrinin yerində nə üçün əyləşməsindən danışıb

Rusiyanın Beynəlxalq Pravoslav Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Sergey Qavrilov Tbilisidəki parlament binasının qarşısında etiraz aksiyasına səbəb olah hadisələrdən danışıb.

1news.az xəbər verir ki, ajiotaj müxalifətin Qavrilovu Gürcüstan parlamentinin spikerinin yerində əyləşmiş görəndən sonra başlayıb.

Nəticədə tədbirin işi pozulub və etirazlar başlayıb. Müxalifət bəyan edib ki, Gürcüstan hakimiyyəti öz vətənini satıb. Abxaziya və Tsxinvali regionlarının müstəqilliyini dəstəkləyən bəyanatlar verən şəxsi fəxri kürsüdə əyləşdiriblər.

Qavrilovun sözlərinə görə, gürcü tərəfi onu tədbirin protokoluna əsasən spikerin yerini təqdim edib. Deputat xatırladıb ki, o, artıq başqa ölkələrdə fəxri kürsüdə əyləşib və bu, heç vaxt problem yaratmayıb.

"Baş Assambleyanı Beynəlxalq Pravoslav Assambleyasının prezidenti aparır- indiki halda mən. Vurğulamaq istərdim ki, Yunanıstan, Livan və digər ölkələrin  parlamentlərində eyni yerdə oturmuşam və heç bir problem olmayıb. Əlbəttə ki, mən hətta yan masada da əyləşib işləməyə hazıram, mən ciddi adamam və fərqlənməni təqib etmirəm ", - deputat Kommersant-a müsahibəsində bildirib.

Bundan əlavə, o, Abxaziyada döyüşməsi barədə mətbuatın yazdıqlarını yalan adlandırıb:

"Bir daha bəyan edirəm ki, heç vaxt Abxaziyadakı və başqa bir ölkədə hərbi əməliyyatlarda iştirak etməmişəm. Heç bir döyüşdə heç vaxt iştirak etməmişəm, silahı daşımamışam”.

1news.az

 

 

Paylaş:
631

Sizin üçün xəbərlər

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər