Sərbəst güləşçimiz “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb – FOTO | 1news.az | Xəbərlər
İdman

Sərbəst güləşçimiz “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb – FOTO

09:29 - 27 / 06 / 2019
Sərbəst güləşçimiz “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb – FOTO

İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medal qazandırıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” Avropa Oyunlarının çempionu olub.

İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Bu görüşdə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək qarşılaşmanı qələbə ilə başa vurub – 3:2.

Xatırladaq ki, 22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.

S.Xankişiyeva

Paylaş:
873

Son xəbərlər

Bütün xəbərlər