Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı | 1news.az | Xəbərlər
Dünya

Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı

13:55 - 01 / 07 / 2019
Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, partlayış paytaxtın diplomatik nümayəndəlik və səfirliklər yerləşən məhəlləsində qeydə alınıb. Milli Müdafiə Nazirliyinin də həmin ərazidə yerləşdiyi qeyd edilir.

Məlumata görə, hadisə nəticəsində azı 34 nəfər həlak olub. Daha 68 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yeri təhlükəsizlik və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

1news.az

Paylaş:
467

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər