Samir Nuriyev: Bu günə qədər 42 şəhərin Baş Planı yenilənib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samir Nuriyev: Bu günə qədər 42 şəhərin Baş Planı yenilənib

15:21 - 02 / 07 / 2019
Samir Nuriyev: Bu günə qədər 42 şəhərin Baş Planı yenilənib

"Respublikada 2005-ci ildən bu günə qədər 42 şəhərin Baş Planı yenilənib".

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

Komitə sədri bunun Azərbaycan hökumətinin hazırladığı tədbirlər planına əsasən yeniləndiyini bildirib.

S.Nuriyev əlavə edib ki, 42 şəhərin 7-nin Baş Planı artıq təsdiqlənib. Növbəti 2 ildə daha 9 şəhərin Baş Planının hazırlanmasına başlanılacaq.

1news.az

Paylaş:
963

Son xəbərlər

Bütün xəbərlər