Paşinyan NATO baş katibinə "məktubu" : Qoşunları Qarabağdan geri çəkəcəyəm | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan NATO baş katibinə "məktubu" : Qoşunları Qarabağdan geri çəkəcəyəm

16:16 - 03 / 07 / 2019
Paşinyan NATO baş katibinə "məktubu" : Qoşunları Qarabağdan geri çəkəcəyəm

Sosial şəbəkələrin erməni  seqmentində baş naziri Nikol Paşinyanın NATO-nun  baş katibi Yens Stoltenberqə ünvanlanmış məktubu yayılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyanın məktubunda NATO ilə daha sıx əlaqə qurulması istəyi ifadə olunub:

“Biz NATO ilə daha sıx əlaqə qurmaq istəyirik. Amma Qarabağ problemini başa düşürük və buna görə də oradan bir il ərzində öz qoşunlarımızı  geri çəkəcəyik".

Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən məktub barədə məlumatlı olduqlarını deyiblər, lakin şərh verməyiblər.

Ölkənin Xarici İşlər Nazirliyi məktubun saxta olduğunu bəyan edib, amma başqa bir şərh edilməyib.

İnformasiya təhlükəsizliyi sahəsində ekspert Samvel Martirosyan isə məktubun üçüncü ölkə ərazisindən yayıldığını istisna etməyib. 

P.S.

Paylaş:
849

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər