Ermənistanda aeroport işçisi sərnişinin baqajından pul oğurladı - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda aeroport işçisi sərnişinin baqajından pul oğurladı - VİDEO

11:57 - 03 / 07 / 2019
Ermənistanda aeroport işçisi sərnişinin baqajından pul oğurladı - VİDEO

İyun ayının 1-də İrəvan polis şöbəsi "Zvartnots" hava limanının xətt şöbəsində həmin gün Varşava-İrəvan uçuşunun yük daşınması prosesində əməkdaşın sərnişinlərin birinin baqajından 130 İsveçrə frankını oğurlamasına dair məlumat alıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hava limanının aviasiya təhlükəsizliyi xidməti ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində oğurluq şübhəsi ilə 34 yaşlı bir əməkdaş müəyyən edilib.  Onun izahatı alınıb. Oğurlanmış vəsait geri alınıb.

Zərərçəkmiş sərnişinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı araşdırmalar davam edir.

P.S.

 

Paylaş:
869

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər