Bu ölkədə dövlət şirkətləri elektromobillərdən istifadəyə keçəcəklər
2050-ci ilədək hakimiyyət orqanları qarşılarına Portuqaliyanı karbon tullantıları baxımından neytral ölkəyə çevirmək vəzifəsi qoyublar.
Dövlət şirkətləri avtomobil parkındakı avtomobillərinin azı yarısını elektromobillərə dəyişəcəklər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu yenilik istixana təsirlərinin azaldılmasına istiqamətlənən proqramın bir hissəsini təşkil edəcək.
Ölkə hökuməti atmosferə karbon qazı tullantısının həcmi sıfra bərabər olan avtomobillərə yiyələnmək yolu ilə bu məqsədə çatmağa qərar verib. Dövlət şirkətlərinin parkındakı avtomobillərin azı yarısının "yaşıl" avtomobillərlə əvəz edilməsi 2030-cu ilə planlaşdırılır.
1news.az
576