“I Əkinçi Kuboku” mini futbol turnirinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR | 1news.az | Xəbərlər
Futbol

“I Əkinçi Kuboku” mini futbol turnirinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

12:00 - 08 / 07 / 2019
“I Əkinçi Kuboku” mini futbol turnirinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Media nümayəndələri arasında keçirilən “I Əkinçi Kuboku” mini futbol turnirinin ilk oyunları keçirilib.

1news.az xəbər verir ki, “Azfar Group”un təşkilati dəstəyi, 4çarx Təkər Mərkəzinin təşkilatçılığı, “Mammedoff Group”un baş sposorluğu, “İrşad Elektroniks”in sposorluğu ilə keçirilən turnirin oyunlarını AFFA-nın təyin etdiyi  referləri idarə edir.

Ötən gün ilk turun 4 oyunu  baş tutub. 

Turnir iki oyunla start götürüb.  “İnternasional” “Zborpress”  və “İki Sahil” “TreMiDaAz” ilə üz-üzə gəlib.

Digər 2 qarşılaşma isə saat 11:00-da başlayıb.  “Yeni Müsavat” “REAL TV”, “İTV” isə “APA” ilə münasibətlərinə aydınlıq gətirib.

Qeyd edək ki, kubokun daha iki oyunu sabah, iyulun 9-da keçiriləcək.  “Bakı 2019” “ ARB TV” ilə, “Idman Azərbaycan tv” isə “Xəzər”lə qarşılaşacaq. Oyunlar “Azfar Group”un stadionlarında keçiləcək.

Nəticələri təqdim edirik:

“İnternasional” – “Zborpress” -  9:1

“İki Sahil” – “TreMiDaAz”  - 5:3

“Yeni Müsavat” – “REAL TV”  - 2:1

“İTV” – “APA”  - APA texniki məğlubiyyət

“ARB TV” – “ BAKI 2019” - 09.07.2019  saat  18:00-da

“İdman Azərbaycan” – “ Xəzər” -  09.07.2019  saat  20:00-da

 

Olimpiya sistemi üzrə keçirilən turnirin qalib komandaları aşağıdakı hədiyyələri əldə edəcək:

4çarx Təkər Mərkəzindən:  endirim kuponları

“İrşad Elektroniks”dən  I və II yeri tutan komandaların  bütün üzvlərinə “HONOR” smart saatları

Baş Sponsor  “Mammedof  Group”  tərəfindən hər kəs enerji içkiləridən dadacaq və hədiyyələr

Nizami Kino Mərkəzindən bir komadanın bütün üzvlərinə kinoya 2 nəfərlik bilet.

1news.az

Paylaş:
1749

Son xəbərlər

Bütün xəbərlər