10 yaşlı qız rekorda imza atdı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

10 yaşlı qız rekorda imza atdı - VİDEO

15:02 - 15 / 07 / 2019
10 yaşlı qız rekorda imza atdı - VİDEO

Rusiyanın Yekaterinburq şəhər sakini Karolina Çörnıx paraşütlə tullanan ən gənc ekstremalçı kimi Rusiyanın Rekordlar Kitabına düşüb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, 10 yaşlı qız təlimatçı ilə bərabər 2,5 min metr hündürlükdən tullanıb.

"Mənə, ümumiyyətlə, qorxulu deyildi! Üçə qədər sayıb tullanmaq lazım idi, amma biz artıq "iki" deyəndə tullandıq! Mən hətta gülürdüm, bizi kamera çəkirdi. İndi 4000 metrdən tullanmaq istəyirəm", - gənc rekordçu bildirib.

Qızın anası Yelenanın sözlərinə görə, paraşütlə tullanma Karolinan arzusu idi. Ana qeyd edib ki, qızı indi Elbrus zirvəsini (5642 m) fəth etmək istəyir və artıq məşqlərə başlayıb.  

1news.az

Paylaş:
806

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər