Erməni əsgər müalicədən sonra hərbi xidmətə qayıtmaqdan imtina edib | 1news.az | Xəbərlər
Ermənistan

Erməni əsgər müalicədən sonra hərbi xidmətə qayıtmaqdan imtina edib

15:30 - 15 / 07 / 2019
Erməni əsgər müalicədən sonra hərbi xidmətə qayıtmaqdan imtina edib

Ermənistan ordusunun əsgəri Yuri Broyan psixi sağlamlıq üzrə xəstəxanada müalicə kursu aldıqdan sonra hərbi xidmətə qayıtmaqdan imtina edib.

1news.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovhannisyan öz Facebook səhifəsində yazıb.

O bildirib ki, iyulun 15-də hərbi polisin əməkdaşları Broyanı hərbi hissəyə aparmaq üçün müalicə mərkəzinə gəliblər. Ancaq məlum olub ki, əsgər burada yoxdur, o, xəstəxanadan çıxıb və naməlum istiqamətə gedib.

Polis əməkdaşları onun anası ilə əlaqə saxlayıblar və qadın bildirib ki, oğlu hərbi hissəyə dönməyə hazırlaşmır.

Hazırda polis Broyanı hərbi hissəyə qaytarmaq üçün tədbirlər görür. 

Xatırladaq ki, erməni əsgər iyunun 6-dan psixi mərkəzdə müalicə alıb.

P.S.

Paylaş:
772

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər