"Erməni soyqırımı" abidəsi alovlar içində - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

"Erməni soyqırımı" abidəsi alovlar içində - VİDEO

10:30 - 15 / 07 / 2019
"Erməni soyqırımı" abidəsi alovlar içində - VİDEO

Dünən axşam saatlarında qondarma “erməni soyqırımı” abidəsinin ətrafında güclü yanğın olub. 

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, yanğın abidə ətrafındakı yaşıllıq sahədən başlayıb.

Əraziyə 6 yanğınsöndürən briqadası yollanıb. Hadisə yerinə Ermənistan milli böhran mərkəzinin operativ qrupları da cəlb edilib. Əməliyyata fövqəladə hallar naziri Feliks Tsolakyan rəhbərlik edib.

Bu gün səhər saatlarında yanğını lokallaşdırmaq mümkün olub. Təxminən 20 hektardan çox sahə yanıb.

P.Sultanova

Paylaş:
690

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər