Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb: 10 nəfər girov götürülüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb: 10 nəfər girov götürülüb

15:55 - 16 / 07 / 2019
Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb: 10 nəfər girov götürülüb

Nigeriya sahillərində “Paksoy” adlı Türkiyəyə məxsus gəmi dəniz quldurlarının hücumuna məruz qalıb.

1news.az-ın türk mətbuata istinadla verdiyi xəbərə görə, 10 nəfərdən ibarət heyət üzvü girov götürülüb. Məlumata görə, gəmi Kamerundan Fil Dişi Sahilinə üzürmüş. Hadisə zamanı gəmi boş olub.

Hücum zamanı ölən və xəsarət alan olmayıb. Girovların azad olunması üçün Ankara hərəkətə keçib. Gəmi “Kadıoğlu” şirkətinə məxsusdur.

S.Xankişiyeva

Paylaş:
647

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər